Vəkillərlə bağlı qanuna DƏYİŞİKLİK EDİLDİ

 16:47 15.04.2019     453
İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən vəkilliyə namizəd, həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməyəcək.
 
Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
 
İndiyə qədər qüvvədə olan qanuna əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilərdi.