"Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim" - İlham Əliyev

 14:44 16.04.2019     424

Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində qeyd edib.

Dövlətimizin başçısı bildirib: "Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq".