Bakıda 48 yaşlı kişini avtomobil vurdu

 21:46 16.04.2019     554

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.

1971-ci il təvəllüdlü Əfəndizadə Fuad Tofiq oğlu "Qafqaz" otelin qarşısında naməlum avtomobil tərəfindən vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən