DİQQƏT! Ayın sonuna kimi... - Leysan yağışlar, qar

 10:11 17.04.2019     2286

“Ayın sonuna kimi havalar qeyri-sabit keçəcək”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprel ayı dəyişkən hava şəraiti kimi xarakterizə olunur:

“Mart ayı ilə müqayisədə, aprel ayında havanın orta aylıq  temperaturu 5-6°C yüksək olub. Mart ayı üzrə ölkədə ən yüksək temperaturlar 1998-ci ildə müşahidə olunub. Həmin il aprelin 14 və 24-də isə havanın temperaturu rekord həddə çataraq Bakıda 32°C, Biləcəridə 35°C, Naxçıvan MR və bəzi aran rayonlarında 36-38°C  təşkil edib. 2012-ci aprelin 10-da havanın maksimal  temperaturu 32°C olub.

Hazırda aprel ayında bir çox dağətəyi rayonlarda qarın yağması, şimal-qərb küləyinin əsməsi müşahidə olunur. Bu günlərdə havanın temperaturu paytaxtda 20-22°C arasında dəyişir. Aprel ayının ikinci on günlüyü ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bakıda və bölgələrdə fasilələrə yağış yağacaq, şimal-qərb küləyi güclənəcək. Həmçinin, bəzi bölgələrdə yağışın leysan xarakterli olacağı gözlənilir”.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən