Bu xəstəliyi olanlar, OXUSUN - Səhhətiniz pisləşə bilər

 10:51 17.04.2019     671

“Yazda bəzi xəstəliklər kəskinləşir”.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, səhhətində problemi olan insanlar yaz fəsli başlamadan həkimlə məsləhətləşməlidir:

“Yaz fəslində fiziki və hormonal cəhətdən insan orqanizmində oyanma prosesi baş verir. Temperaturun dəyişməsi toxumaların və hormonların fəallığına səbəb olur. Bu baxımdan, bəzi xəstəliklərin kəskinləşməsi müşahidə olunur. Məsələn, sinir xəstəlikləri, allergik, mədə-bağırsaq xəstəlikləri və bəzi hallarda astma xəstəliyi özünü daha qabarıq biruzə verir. Səhhəti ilə bağlı problemləri olan məlum şəxslərin yaz fəslində öz həkimləri ilə məsləhətləşməsi məqsədəuyğundur.

Yaz fəslində baş verən dəyişikliklərdə əsas problem qanın durulmasıdır. Bu zaman insan orqanizmində müxtəlif xəstəliklərin aktivliyi artır. Yaz fəslində insan orqanizmində ən çox D vitamini defisiti yaranır. Bu isə halsızlığa və  bir çox xəstəliklərə yol açır. Bunlara ürək-damar, yüksək qan təzyiqi və xərçəng xəstəliyinin bir neçə növünü aid etmək olar. İmmun sistemi zəif olan insanlar yaz fəsli öncəsi həkimə müraicət etməlidirlər”.

Qeyd edək ki, ayın sonuna kimi havalar qeyri-sabit keçəcək. Aprel ayında bir çox dağətəyi rayonlarda qarın yağması, şimal-qərb küləyinin əsməsi müşahidə olunur.  Bu günlərdə havanın temperaturu paytaxtda 20-22°C arasında dəyişir. Aprel ayının ikinci on günlüyü ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bakıda və bölgələrdə fasilələrə yağış yağacaq, şimal-qərb küləyi güclənəcək. Həmçinin, bəzi bölgələrdə yağışın leysan xarakterli olacağı gözlənilir”.

Gülşən Şərif/ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən