Ramazana hazırlıq görənlər - Bunlara əməl edin

 12:02 22.04.2019     828

Ramazan ayının başlamasına sayılı günlər qalıb.

 

İnsanların əksəriyyəti müqəddəs ay başlamazdan əvvəl həm dini, həm də fiziki baxımdan ona hazırlıq görürlər. Maraqlıdır, bu hazırlıqlar necə olmalıdır?

Dietoloq Əfsanə Əliyeva Redaktor.az-a açıqlamasında bildirib ki, Ramazan öncəsi qida rasionunda hansısa dəyişiklik etməyə ehtiyac yoxdur:

“Bəzi insanlar var ki, gündəlik rejimində çox yemək yeyirlər. Bu insanlar Ramazan öncəsi qida qəbulunu azaltsalar, daha doğru olar. Digər insanlara isə Ramazan öncəsi qida rasionun azaldılması məsləhət görülmür. Çünki Ramazan ayı ərzində azalma müşahidə olunur. 

Qidalanma ilə bağlı əsas problem bəzi insanların sahura qalxmamasıdır. İftar vaxtına kimi həmin insanlarda halsızlıq, başgicəllənmə, ürək getməsi və s. kimi hallar qaçınılmazdır. Digər yanlış davranışlardan biri də əksər insanların gecəni yatmadan sahura kimi oyaq qalmasıdır. İmsakdan 40-50 dəqiqə öncə yuxudan oyanmaq və qidalanmaq məsləhətdir. İmsakda şirniyyatlar, qızardılmış və duzu çox olan qidalardan uzaq durmaq lazımdır. Pendir, yumurta, süd və qatıq kimi proteinlə zəngin qidalardan yemək daha doğrudur".

Ramazan ayına dini hazırlıqla bağlı ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında vurğulayıb ki, Ramazan öncəsi Şaban və Rəcəb aylarında oruc tutmaq müstəbəhdir:

"Hazırda Şaban ayının ortalarındayıq. Bu günlərdə oruc tutmaq insanın Ramazan ayına hazırlaşması üçün vasitədir. Şaban ayının xüsusi duaları var. Əslində, Ramazan ayı hədəf deyil. İnsanın məhz Ramazan ayı üçün pis vərdişlərindən müvəqqəti uzaqlaşması doğru deyil. Bu cür davranışlar insanın özünü aldatmasıdır”.

Gülşən Şərif /Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən