Kirayə evlər BAHALAŞDI - Səbəb...

 10:42 24.04.2019     1650

“Hazırda mənzil bazarında tələb təkliflə uzlaşmır”.

Bunu tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda kirayə bazarında bahalaşma müşahidə olunur:

“Mənzil bazarında qiymətlərin ucuzlaşacağı gözlənilirdi. Çünki hazırda pilot layihələrlə bağlı tikinti sahələri çoxalıb və müəyyən ərazilərdə tikinti işləri aparılır. Lakin layihə fonunda mənzil bazarında qısamüddətli qıtlıq yaranıb  və tələb təkliflə uyğunlaşmır”.

Ekspert onu da qeyd edib ki, kirayə bazarında bahalaşma var:

“2016-ci ildən başalayaraq, kirayə bazarında qiymət artımı müşahidə olunur. Bunun səbəbi qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək, yerinə müasir yaşayış binalarının tikilməsidir. “Pilot layihələr” adı altında həyata keçirilən bu tikinti işləri başa çatana qədər sakinlər kirayədə yaşamağa məcburdurlar. Bu artım əsasən 250-500 manat civarında olan kirayə evlərə aiddir. Yeni tikili binalarda isə bahalaşma müşahidə olunmur. Bu tikililərə əsasən xarici iş adamları, xarici tələbələr və gündəlik ev tutan turistlər üstünlük verirlər”.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən