1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

 17:51 24.04.2019     498

Yaxın vaxtlarda yataqxanalarda yaşayan 1200 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri bildirib ki, artıq köçürüləcək yataqxanalarda ailələrin siyahıya alınması prosesi başa çatıb:

"Köçürülmə ilə bağlı yeni yaşayış kompleksində hazırlıq işləri görülür. 1200 ailə "Qobu Park-2" yaşayış massivinə köçürüləcək. Komitə ilk olaraq yaşayış şəraiti çətin olan ailələrin köçürülməsini planlaşdırır. Yaxın 1 ay ərzində həmin ailələrin köçürülməsinə başlanacaq. Hazırda Kürdəxanıdakı yeni yaşayış massivinə də köçürülmə prosesi davam edir".