Bədəninə "cin girən" AZƏRBAYCANLI DEPUTAT KİMDİR?

 11:36 25.04.2019     881

ATV-də yayımlanan “Bizimləsən” verilişində yaşanan qeyri-adi hadisə ölkədə gündəm olub.

Redaktor.az xəbər verir ki, verilişdə bədəninə "cin girdi"yini iddia edən Nailə adlı xanım qonaq olub. Onun qəribə hərəkətləri studiyada və ekran qarşısında əyləşən tamaşaçıları qorxudub.

Parapsixoloq Vüsal Mərdanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bü cür hadisələrlə tez-tez rastlaşır:

""Cin girmə” ilə bağlı çox insan müraciət edib. Onların içərisində hətta ziyalılar, professorlar, akademiklər və millət vəkilləri də olub. Müraciət edən insanları müalicə edirik. Onlarda psixoloji problemlər, qarabasma halları olur, əziyyətlər çəkirlər. Bütün ölkələrdə "cin çıxartma" klinikaları var".

İlahiyyatçı Samir Əzizov isə dedi ki, bu cür hallar yalnız parapsixoloji problem yaşayan insanlarda ola bilər:

“Bu fikri qəbul etmirəm, insanın içinə cin girə bilməz. Ancaq bəzi alimlər düşünür ki, müəyyən dualar oxunandan sonra insan cindən xilas olunur. Bu cin deyil, xüsusi varlıqlar var ki, şeytanın funksiyasını yerinə yetirirlər, məhz bu qüvvələr bizi idarə edib, pis yola çəkə bilər".

Sevda Bayramova / REDAKTOR.AZ