DİQQƏT! Veteranlara birdəfəlik maddi yardım BU TARİXDƏ VERİLƏCƏK

 10:58 25.04.2019     584

“Veteranlara və digər şəxslərə birdəfəlik maddi yardım may ayının 5-nə qədər veriləcək”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov Redaktor.az-a açıqlamasında bildirib ki, proses mayın əvvəlinə kimi davam edəcək:

“9300 nəfərin birdəfəlik maddi yardımı ilə bağlı proses mayın əvvəllərində yekunlaşacaq. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmçinin öz şücaəti ilə orden və medallarla təltif edilmiş şəxslərə isə 500 manat məbləğində vəsait veriləcək”.

Qeyd edək ki, prezident İlham Əliyev 9300-dən çox veterana və digər şəxslərə birdəfəlik maddi yardım verilməsi ilə bağlı aprelin 23-də sərəncam imzalayıb. 

Gülşən Şərif /Redaktor.az