Başqasının yerinə ORUC tutmaq OLARMI?

 11:48 26.04.2019     1569

Ramazan ayında bəzi yaşlı insanlar səhhətləriylə bağlı oruc tuta bilmirlər. 

Onlar hansısa şəxsə müəyyən məbləğdə məvacib ödəməklə, həmin şəxsin onların əvəzinə oruc tutmasını istəyirlər. Düşünürlər ki, bu davranışla oruc tutmuş olurlar.

Üzrlü, yaxud üzrsüz səbəblərdən oruc tuta bilməyən şəxs öz yerinə başqasına oruc tutdura bilər?

Bununla bağlı ilahiyyatçı Samir Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, heç kim öz yerinə başqasına oruc tutdura bilməz:

“Oruc elə bir ibadətdir ki, onu məhz insanın özü yerinə yetirməlidir. Oruc tutmağın Allah qarşısında xüsusi savabları var. Oruc tutmağa gücü çatmayan insanların bu savabdan məhrum olmaması üçün kəffarə, yəni əvəzlənmə mövcuddur. Kəffarə tutulmayan orucun əvəzinə, savaba səbəb olan hansısa müsbət əməllər görməkdir. Dini qaydalara görə isə hansısa şəxsə öz yerinə oruc tutdurmaq olmaz”.

Gülşən Şərif/ Redaktor.az