Şəhid ailələrinin NƏZƏRİNƏ! - İlin sonuna qədər başa çatacaq

 15:44 01.05.2019     627

“İlin sonunadək şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik ödəmə prosesi başa çatacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov Redaktor.az-a açıqlamasında bildirib.  O, qeyd edib ki, hazırda bu istiqamət üzrə proses davam edir:

“Cənab prezidentin fərmanlarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə prosesi davam edir. Ötən ilin sonlarından etibarən başlayan proses nəticəsində indiyə qədər 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmə verilib. Bu ödəmələrin ilin sonunadək tam olaraq verilməsi təmin olunacaq”.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 12 mindən çox şəhid ailəsinin dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacağını qeyd edib. 

Gülşən Şərif / Redaktor.az