Vətəndaşlara ŞAD XƏBƏR! - Qaz limitinə nəzarət edə biləcəksiniz

 12:41 03.05.2019     1615
"Yaxın 5-10 gün ərzində ödəniş bildirişlərində vətəndaşın ilin əvvəlindən işlətdiyi qazın miqdarı göstəriləcək".
 
Redaktor.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bu gün keçirilən müşavirədə bildirib.
 
O, qeyd edib ki, vətəndaşlar ödəniş bildirişləri vasitəsilə qazın limitinə nəzarət edə biləcəklər:
 
"Əvvəllər vətəndaşlar qaz limitinin keçib-keçməməsinə nəzarət edə bilmirdilər. Bu baxımdan, ödəniş zamanı müəyyən problemlər yaşanırdı. Ödəniş bildirişinin tətbiqi nəticəsində vətəndaş qaz limitinə nəzarəti həyata keçirəcək".
 
Qeyd edək ki, bu gün prezident İlham Əliyevin qoyduğu vəzifələrin icrasına dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müşavirə keçirilib.  
 
Gülşən Şərif/ Redaktor.az