Ceyranbatanda su kanalında balıqlar kütləvi tələf olub

 20:01 15.05.2019     485

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən su kanalında balıqların kütləvi tələfatı qeydə alınıb.

Redaktor.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov ONA-ya su kanalında balıqların kütləvi tələf olmasının səbəbini açıqlayıb.

O bildirib ki, kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və beləliklə balıqların tələf olmasına səbəb olub.

“Xüsusilə qeyd edək ki, yaz-yay aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox su hövzəsində balıqların vaxtaşırı müşahidə edilən oxşar kütləvi tələfi su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi, bu səbəbdən, ən həssas - çoxalma dövründə balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmağa mümkün olmaması ilə bağlıdır”, - deyə M. Axundov qeyd edib.

22