Sənədsiz evlərlə bağlı DEPUTATDAN AÇIQLAMA

 10:51 17.05.2019     456

“Vətəndaş öz evində oğurluq yaşamayacaq, daha hüzurlu həyat sürəcək”.

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa açıqlamasında qeyd edib.

O, bildirib ki, sənədsiz evlərlə bağlı verilən qərar dövlət büdcəsinə də vəsait qazandıracaq:

“İnsanlarımızı rahatsız edən bu vacib məsələ də yaxın zamanlarda həllini tapa bilər. Neçə müddətdir ki,  hökuməti kommunikasiya xəttinin üzərində olmayan və illərdir məskunlaşılmış evlərin özəlləşdirilməsinə çağırış etmişəm. Burada söhbət 200 mindən artıq həyət evindən gedir. Bu vətəndaşları çölə atmamalıyıq.  Əksər vətəndaşlar ya zəlzələdən, ya vəlvələdən qeyri-rəsmi pul verib evini tikib, neçə illərdir ki, burada yaşayır, uşaqları doğulub, məktəbə gedir. Lakin adamın mülkiyyət sənədi yoxdur. Sənədli evlər olduğuna görə bələdiyyələr əmlak vergisi ala biləcək, vətəndaş da öz evində oğurluq yaşamayacaq, daha hüzürlü həyat sürəcək. Həllini gözləyən ən vacib məslələrdən biri məhz budur. Komissiyanın işlərini yaxın zamanda yekunlaşdıracağına ümid edirəm”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən,  sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün Komissiya yaradılıb.

Gülşən Şərif / Redaktor.az