Avtomobil almaq istəyənlər, mütləq oxuyun! - Sürücülər "amerikanka"dan niyə qaçırlar?
Azərbaycana bir çox xarici ölkələrdən, eləcə də Amerikadan satış üçün avtomobillər idxal olunur.
Lakin sürücülərimiz arasında Amerikadan gətirilən avtomobillərə maraq olduqca azdır.
Redaktor.az xəbər verir ki, bu barədə tanınmış mühərrik ustası Sahil Usta maraqlı video paylaşıb. O, bunun səbəbini Amerika avtomobillərinin detallarının hədsiz baha olması ilə əlaqələndirir:
“Baxın, ölkəmizdə bu "amerikanka" avtomobillinə məxsus turbo mühərrikin bir detalının qiyməti 400 manatadır. Lakin digər markalı avtomobillərdə - məsələn, Mersedesdə bu detal 50-60 manat civarındadır. Avtomobil seçərkən, detalların qiymətinin sərfəli olmasına diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, tələbatı yüksək olan avtomobillərin detallarını da tapmaq çox asan olur. Amerika avtomobillərinin detallarını tapmaq çətindir. Təmir zamanı isə bir çox ustalar zəmanət vermirlər”.
Redaktor.az sözügedən videonu təqdim edir:












