Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək

 09:57 21.05.2019     2507

Azərbaycan bu ilin oktyabrında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitinə ev sahibliyi edəcək.

Redaktor.az-ın ona.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Türk Şurasının baş katibi Bağdad Amrayevlə görüşdə deyib. O, Özbəkistanı da bu zirvədə üzv kimi görmək istədiklərini dilə gətirib.

R.T.Ərdoğan deyib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq qismində dəvət olunacaq. Türkiyə prezidenti həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif etdiyini bildirib. Onun sözlərinə görə, təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib.

Vumart və Güvən reklamı Vumart Güvən