Tramp İrana necə güzəştə gedəcəyini AÇIQLADI

 09:47 27.05.2019     486

Əgər, İran ABŞ-la danışıqlara başlamaq istəsə, bu təklifi müsbət qəbul edəcəyəm.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiya Baş naziri Sindzo Abe ilə görüşdən sonra deyib. O, İranla münasibətləri nəzərdə tutaraq deyib:

“Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”.

Qeyd edək ki, bundan öncə İranla ABŞ arasında gizli danışıqların başlamasıyla bağlı Küveyt xarici işlər nazirinin açıqlamasından sonra rəsmi Tehran məlumatı təkzib edib.

Vumart və Güvən reklamı Vumart Güvən