“Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə AVTOBUSLAR BURAXILDI

 12:59 29.05.2019     522

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, bu addım azarkeşlərin rahatlığını təmin etmək üçün atılıb:

“Avropa Liqası ilə əlaqədar olaraq, mayın 27-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. Azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək, oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, qurumumuz tərəfindən Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verilib. Bu gündən etibarən “Bakı-Tbilisi-Bakı” marşrut xətti üzrə 50-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Əlavə avtobuslar ayın 30-na qədər xəttə olacaq”.

Qurum rəsmisi bildirib ki, hətta respublika üzrə daha 50 regional avtobus da xəttə buraxılıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən