Nazir müavini: "Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi 80 faiz icra olunub"

 11:57 03.06.2019     487

"Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb".

Redaktor.az-ın ona.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

Onun sözlərinə görə, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis edilib: "Bu təqaüd 50 manatdır. Şəhid ailələrinin birdəfəlik ödəmə -11 min AZN ilə təminatı proqramının artıq 80 faiz icra olunub. Qısa müddət ərzində 20 faiz də icra olunacaq".

Vumart və Güvən reklamı Vumart Güvən