Orta məktəblərdə qiyabi təhsil ləğv olunarsa... - Ekspertdən AÇIQLAMA

 18:28 03.06.2019     1348

Bakıda fəaliyyət göstərən 7 məktəbin axşam qiyabi növbəsinin növbəti ildən ləğv olunacağı gözlənilir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlama verib.

O, bildirib ki, qiyabi təhsil verən orta məktəbləri bağlamaq yaxşı hal deyil:

“Ola bilsin ki, hazırda qiyabi təhsil verən məktəblərdə təhsil alanların sayı azdır. Ancaq bu, o demək deyil ki, gələcəkdə olmayacaq. Bu baxımdan təhsilin əlçatanlılığı və bütün insanların təhsil almaq hüququnun tam şəkildə bərpası çox vacibdir. Dövlət orta məktəblərdə qiyabi təhsili ləğv edirsə, təhsilə ehtiyacı olanları bu sahəyə cəlb etmək üçün distant təhsilə keçmək mütləqdir. Çünki bir qrup insan hamı ilə birlikdə təhsil ala bilməz. Bu, mümkün deyil. Ona görə də distant təhsilə keçməklə bu probemi həll etmək olar”.

Ekspert onu da bildirib ki, fiziki məhdudiyyətli insanların təhsil ala bilməsi üçün məktəblərin açılması nəzərdə tutulmalıdır.

Qeyd edək ki, yeni qərarın qəbul edilməsinə səbəb kimi 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsi göstərilir.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən