Əlillərin diqqətinə! Bu xidmətdən İSTİFADƏ İMKANINIZ VAR

 14:51 04.06.2019     714

Metronun əksər stansiyalarında fiziki məhdudiyyətli insanların rahatlığı üçün müvafiq infrastruktur yoxdur.

Xüsusən də köhnə stansiyalarda avadanlıqların quraşdırılması mümkün hesab olunmur. Maraqlıdır ki, əlil şəxslərin metrodan istifadəsi necə təmin olunur?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, metro stansiyalarında fiziki məhdudiyyətli  şəxslərin rahatlığının təmin edilməsi nəzərə alınır:

“Metronun yeni stansiyalarında müxtəlif qrup sərnişinlər üçün xüsusi lift və hərəkət zolaqları quraşdırılıb. Köhnə stansiyalarda isə xüsusi liftlərin quraşdırılması mürəkkəb texniki məsələdir. Yəni, hazırda köhnə stansiyalarda fiziki məhdudiyyətli insanların rahatlığı üçün şəriat yaratmaq qeyri-mümkündür. Bu baxımdan alternativ variantlardan istifadə olunur. Metro stansiyaları təmir olunduqca, görmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi sarı zolaqlar çəkilir. Bu zolaq məlum sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub. Metronun “Elmlər Akademiyası”, “Sahil”, “Bakmil” stansiyalarında bu zolaqlar çəkilib. “Xətai” stansiyasında da çəkiləcəyi gözlənilir.

Fiziki məhdudiyyətli insanlar üçün xüsusi xidmət göstərilir.

Əlilliyi olan insanlar metro stansiyalarına düşmək üçün “Əlçatan metro” layihəmizin xidmətlərindən yararlana bilərlər. Bu xidmət növü bir sıra dünya ölkələrində tətbiq edilir. Artıq  Azərbaycanda da sərnişinlərin bu xidmətdən yrarlana bilir. Sərnişinlər xidməti mobil aplikasiya vasitəsilə sifariş edə bilərlər. İstək dərhal qeydə alınır. Sifarişdə hər hansı dəyişiklik və ya ondan imtina barədə məlumat ən azı 20 dəqiqə əvvəl verilməlidir. Həftə ərzində 10-15 sifariş icra olunur. Eyni zamanda, xidmət çərçivəsində əlil arabalarının metro stansiyalarına düşürülməsi üçün xüsusi qurğulardan istifadə olunur. Xidmətdən istifadə pulsuzdur. Bu imkandan istifadə edən sərnişin sadəcə standart gediş haqqını, yəni 0.30 qəpiyini ödəyir”.

Qeyd edək ki, “Əlçatan metro” layihəsinin xidmətindən istifadə ilə bağlı ətraflı məlumatı Buradan öyrənə  bilərsiniz.

Gülşən Şərif/ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən