"Rektorlar gileylənirlər ki, texniki sahələrdə də qadınlar üstünlüyü ələ alacaq" - Hicran Hüseynova

 11:18 21.06.2019     473

"Azərbaycanda elə peşə sahəsi yoxdur ki, qadınlar orda çalışmasınlar".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün bütün imkanlar var: "Əlbəttə qadınlar kişilərdən daha ehtiyatlıdırlar, bəzən risk etmək istəmirlər. Buna görə biz onlara sahibkarlıq fəaliyyəti göstərməyə kömək göstərməliyik. Onların cəmiyyətin bütün sahələrinə inteqrasiya olmasını təşviq etməliyik".

H. Hüseynovanın sözlərinə görə bu gün ali təhsil ocaqlarının texniki sahələr üzrə fakültələrində qadınların sayı ildən-ilə artır: "Bir çox hallarda rektorlar gileylənirlər ki, belə getsə, texniki sahələri də qadınlar əlimizdən alacaqlar. Olsun, mən buna sevinirəm".