Azərbaycan Yaponiyada Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində təmsil olunacaq

 11:38 22.06.2019     542

Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir.

Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər iyunun 29-da başa çatacaq.