Bakıda "Sosial müdafiə və Dayanıqlı İnkişaf" mövzusunda konfrans keçirilir

 12:46 03.07.2019     884

Bakıda "Sosial müdafiə və Dayanıqlı İnkişaf" mövzusunda konfrans keçirilir.

Redaktor.az xəbər verir ki, iki gün davam edəcək konfransın əsas təşkilatçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əməkdaşlıq Təşkilatıdır.

Konfransla bağlı jurnalistlərə açıqlama verən ƏƏSMN-in Sosial siyasət təminatı şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, tədbirdə yerli sosial tərəfdaşlarla yanaşı, bir çox beynəlxalq tərəfdaşlar da iştirak edirlər: "Konfransda müzakirə olunacaq mövzular sosial müdafiədə əməyin rolu, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial müdafiə sahəsinə ayrılan investisiyalar, eyni zamanda innovativ tətbiqetmələr vasitəsilə sosial müdafiənin idarə edilməsidir. Konfransda ölkəmizdə mövcud olan sosial müavinətlər sistemi beynəlxalq sistemdə mövcud olan ən yaxşı təcrübə kimi istifadə ediləcək. Konfransda müzakirə ediləcək ən yaxşı təcrübələr region ölkələrinə tövsiyə ediləcək".

Vumart və Güvən reklamı Vumart Güvən