Bəzi sərinləşdirici içkilərin istehsalına QADAĞA QOYULACAQ - AQTA

 12:10 09.07.2019     561

"Azərbaycanda enerji içkiləri ilə bağlı tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub".

Redaktor.az bildirir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr çıxışı zamanı enerji işçilərinin Azərbaycanda tənzimlənməsinin beynəlxalq standartlarına əsasən həyata keçirildiyini vurğulayıb:

"Qida Təhlükəsizliyi İnstitutun nəzdində elmi texniki şura fəaliyyətə başlayıb. Şuranın alimlərinin, ekspertlərin, beynəlxalq ekspertlərinin birgə rəyinə əsasən enerji içkilərinə dair tənzimləmə mexanizmi işlənib, hazırlanıb və təsdiq üçün təqdim olunub".

Q. Təhməzli qeyd edib ki, hazırlanmış sənədə əsasən həmin adda sadalanan stimullaşdırıcı maddələrin adı qeyd edilib:

"Həmin stimullaşdırıcı maddələrdən iki və daha artığı əksini tapmış içkilər Azərbaycanda enerji işçisi hesab olunacaq. Eyni zamanda, sadəcə kofenin miqdarı ilə tənzimlənən enerji içkiləri mövcuddur. Azərbaycan ərazisində beynəlxalq standartlara əsaslanaraq, bu, eynilə avropa standartlarında da bizim təxmin etdiyimiz forma ilə eynilik daşıyır. Eyni zamanda, tək halda kofeinin miqdarı 100 millilitrdə 15 milliqram olarsa, o, enerji içkisi deyil. Kofeinin miqdarı 15-32 milliqram olarsa, bu, enerji içkisidir. 32 milliqramdan yuxarı isə artıq təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin istər idxalına, istərsə də istehsalına və tətbiqinə qadağa qoyacağıq".

Gülşən Şərif / Redaktor.az

222