"Son bir ildə laboratoriyalara ümumilikdə 29263 müraciət daxil olub" - Qoşqar Təhməzli

 12:24 09.07.2019     468

"Qida Təhlükəsizliyi İnstitunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 29263 müraciət daxil olub".

Redaktor.az zəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli mətbuat konfrasındakı çıxışı zamanı bildirib.

Qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında çıxış esən sədr bildirib ki, müraciətlər əsasən ümumlikdə 848046 nümunə müayinələrə cəlb edilib:

"Bu müraciətlərdən 61120 ədədi idxal, 548274 ədədi ixrac, 45748 ədədi aparılmış monitorinqlər, 40288 ədədi fərdi istək, 216 ədədi şikayət, 152400 ədədi isə digər növ əməliyyatlar üzrə daxil olmuş nümunədir".

Gülşən Şərif / Redaktor.az