Trans yağlarla bağlı hüquqi AKT HAZIRLANIR - AQTA

 12:33 09.07.2019     460
“Azərbaycanda trans yağlarla bağlı normativ hüquqi akt hazırlanır”.

Redaktor.az bildirir ki, bu sözləri AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr vurğulayıb ki, hazırda AQTA-nın İnstitunun tərkibində akt üzərində iş aparılır:

"Trans yağlarının üzərində institutun ekspertləri məşğuldur. Bu yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyalıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrinə 32 adda müxtəlif yağlar - kərə  və spred yağları ekspertizaya cəlb olunub".

Gülşən Şərif / Redaktor.az