9 sahibkarlıq subyektinə 16000 manat cərimə tətbiq edilib - AQTA

 12:43 09.07.2019     445

"Təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsul dövriyyədən çıxarılıb".

Redaktor.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr vurğulayıb ki, bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən çıxarış almaqla, 22 təsərrüfat subyektində yoxlamalar aparılıb:

"Yoxlamalar nəticəsində 9 sahibkarlıq subyektinə 16000 manat cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb. Ölkəyə "bioloji fəallığa malik qida əlavəsi" adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib".

Gülşən Şərif / Redaktor.az