"Zərərli məhsulun ölkəyə idxalına icazə verilmir" - AQTA sədri GMO məhsullardan danışdı

 12:55 09.07.2019     495

"Yaxın günlərdə özünü ekspert kimi qələmə verən bir şəxs müsahibəsində bildirib ki, Azərbaycana idxal olunan məhsulların 99 faizi GMO məhsullardır. Bütün bunlar yalandır və onlar qaragüruhculuqla məşğul olan şəxslərdir".

Redaktor.az bildirir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur, bu, dünyanın aparıcı ölkələrinin reyestrində oturub:

"Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəz yoxdur. Məsələn,çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmiş məhsullarla GMO olunmuş məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yalnış informasiya formalaşdırırlar.

Dünyanın ən çox genetik modifikasiya olunan məhsul qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub".

Sədr onu da qeyd edib ki, insan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir:

"Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq eksperizalara cəlb olunub".

Gülşən Şərif / Redaktor.az

222