Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə mal-qara arasında zəhərlənmə olub

 23:38 23.07.2019     960

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, nəticədə bir neçə ev heyvanı tələf olub.

Kənd sakinləri mal-qaranın otlaq sahəsində olan bitkidən zəhərləndiklərini ehtimal edirlər.

Gürcüstanın Milli Qida Agentliyindən bildirilib ki, laborator araşdırmalar üçün patoloji materiallar götürülüb və nəticələr yaxın günlərdə məlum olacaq.

İlkin məlumatlara əsasən, mal-qara arasında hər hansı bir infeksion xəstəlik olmayıb.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırma aparır.