Yusif və Zəhra - Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub

 05:21 25.07.2019     1711

Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.

 Bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.

Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub.

Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.

Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub./trend/