DİQQƏT! Abituriyentlərdən xəbər var - Statistika AÇIQLANDI

 14:55 05.08.2019  6104

"Ali məktəblərə ixtisas seçimlərinin təsdiqinin başa çatmasına 1 gün qalır".

Redaktor.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi mövcud vəziyyəti dəyərləndirib.

O, bu saatadək elektron ixtisas seçimlərini təsdiq edənlərin statistikasını açıqlayıb:

“I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 15101 abituriyent mübarizə aparacaq. Hal-hazırda onlardan 15052 nəfəri ixtisas seçimini təsdiq etmişdir. Onlardan 13947 nəfəri Azərbaycan, 1105 nəfəri isə rus bölməsinin abituriyentləridir.

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 10166 abituriyent mübarizə aparacaq. Hal-hazırda onlardan 12438 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 11450 nəfəri Azərbaycan, 988 nəfəri isə rus bölməsinin abituriyentləridir.

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17465 abituriyent mübarizə aparacaq. Hal-hazırda onlardan 16022 nəfəri ixtisas seçimini təsdiq edb. Onlardan 15048 nəfəri Azərbaycan, 974 nəfəri isə rus bölməsinin abituriyentləridir.

IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4082 abituriyent mübarizə aparacaq. Hal-hazırda onlardan 3942 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 3700 nəfəri Azərbaycan, 242 nəfəri isə rus bölməsinin abituriyentləridir.

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 7000-dən çox abituriyent mübarizə aparacaq. Hal-hazırda onlardan 5037 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 4511 nəfəri Azərbaycan, 526 nəfəri isə rus bölməsinin abituriyentləridir”.

E. Əfəndi onu da vurğulayıb ki, bu il subbakalavrların da müsabiqədə iştirakı artıb:

“Abituriyentlərlə yanaşı, subbakalavrlar da müsabiqədə iştirak etdikləri üçün bəzi ixtisas qruplarında mövcud təsdiq sayı müsabiqəyə buraxılan abituriyent sayından çoxdur. Bu isə məhz subbakalavrların həmin ixtisas qrupunda daha çox olması deməkdir”.

Qeyd edək ki, ixtisas seçimi iyulun 24-dən etibarən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılacaq.

Gülşən Şərif / Redaktor.az