Gürcüstan hökuməti doludan ziyan görən azərbaycanlılara yardım edib

 12:55 12.08.2019     510

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun təbii fəlakətdən ziyan görən kəndlərinə yardım edib.

Redaktor.az xəbər verir ki, doludan ziyan görən 400-ə yaxın ailə üçün metal dam örtükləri alınıb.

Bunun üçün mərkəzi büdcədən 660 min lari (226 min dollar) vəsait ayrılıb. Dam örtükləri mərhələli şəkildə sakinlərə paylanılacaq.

Kvemo Kartli (Borçalı) bölgəsinin qubernator müavini Zviad Çunaşvili, Marneuli rayonunun icra başçısı Zaur Darğallı, müavinləri - Zaur Tabatadze və Laşa Lobcanidze, Marneuli sakrebulosunun sədr müavini Mamuka Naveriani Tsitelsopeli kəndində təbii fəalkətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olublar.

Qeyd edək ki, ötən ay güclü dolu Marneuli rayonunun beş kəndinə ciddi ziyan vurub. Təbiət hadisəsi zamanı ən çox yaşayış evlərinin dam örtükləri yararsız hala düşüb.  /report/