Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

 12:23 16.08.2019     484

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.