Bakıda 24 yaşlı qız itkin düşdü

 09:30 04.09.2019     2148

Bakının Xətai rayonunda 24 yaşlı qız itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, İsmayılzadə Ayselin atası Quliyev Azər övladının itkin düşməsi ilə bağlı 34-cü polis bölməsinə ərizə ilə müraciət edib.

1995-ci il təvəllüdlü xanım sentyabrın 2-i saat 12-dən evdən çıxaraq geri qayıtmamışdır.

Faktla bağlı paytaxtın Xətai rayonunun 34-cü polis bölməsində araşdırma aparılır.

İlkin Sultanlı / REDAKTOR.AZ