Sosial şəbəkələrdə OĞURLUQ - Rusiya Mərkəzi Bankı XƏBƏRDARLIQ ETDİ

 10:43 05.09.2019     915

Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarının pullarının sosial şəbəkələr vasitəsilə oğurlanması hallarının artdığını bildirib.

Redaktor.az-ın məlumatına görə, Mərkəzi Bankının informasiya təhlükəsizliyi departamentinin rəis müavini Artyom Sıçyov məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə oğurluq halları hesabların ələ keçirilməsinə görə olur:

“Pul vasitələri kiberfırıldaqçılar tərəfindən sosial şəbəkə hesablarının ələ keçirilməsi yolu ilə oğurlanır. Fırıldaqçılar sosial şəbəkə hesablarını ələ keçirərək, onların sahibləri adından yardım istəyirlər. Bu zaman hətta sosial şəbəkə sahiblərinin səslərini yamsılayırlar. Bu cür cinayətlərin 97 faizi sosial mühəndislik, başqa sözlə, sosial şəbəkə istifadəçilərinin etimadını qazanaraq, onların bank hesabları haqqında məlumat alınması yolu ilə törədilir”.

İlkin Sultanlı / REDAKTOR.AZ