Metroda su satışına icazə verilə bilərmi? - RƏSMİ AÇIQLAMA

 17:37 05.09.2019     1789

Günün pik saatlarında avtobuslarda olduğu kimi, metro vaqonlarında da sıxlıq müşahidə olunur. 

Bəzən bu sıxlıq dözülməz dərəcədə olduqda sərnişinlər arasında halı pisləşən belə ola bilir. Lakin bu zaman vətəndaşların özünə gəlməsi üçün su tapmaq yerin altında müşkül məsələyə çevrilir. 

Problemin həll edilməsi üçün stansiyaların girişində və ya platformalarda suyun satışını təşkil etmək mümkündürmü? Vətəndaşlar çətin vəziyyətdə olanda metro daxilində suyu necə tapa bilərlər?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metrostansiyaların daxilində su satışının mümkünsüz olduğunu bildirib:

"Platforma ətrafında və stansiyalarda hər hansısa xüsusi hal baş verdikdə əməkdaşlarımız insanlar üçün 1-2 saniyə ərzində su təşkil edə bilərlər. Ümumiyyətlə isə platformada nəyinsə satışı qadağandır. Stansiyaların girişində baş verəcək hadisələr zaman çöldən rahatlıqla nəsə ala bilərlər. Yenə xatırladıram ki, kiminsə halı pisləşəndə və ürəyi istəyəndə metropoliten əməkdaşlarına yaxınlaşıb su istəyə bilərlər. İşçilərimiz tez zamanda onları su ilə təmin edəcəklər".

İlkin Sultanlı / Redaktor.az