"Ya Hüseyn! Gəl, yetiş hərayə" - Avtobuslarda MƏRSİYƏ MƏCLİSİ

 11:10 06.09.2019     1506

Məhərrəmlik ayı başlayandan Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən bəzi avtobuslarda sərnişinlərə mərsiyə dinlədilir.

Redaktor.az bildirir ki, bununla bağlı sərnişinlər sosial şəbəkədə məlumat veriblər. Onlar bu cür musiqilərdən narahat olduqlarını dilə gətiriblər.

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyinin məsələdən xəbəri varmı?

Məsələylə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlamasında faktın araşdırılacağını qeyd edib. Bildirib ki, sərnişinlərin ictimai nəqliyyatda rahat istifadəsini təmin etmək üçün bununla bağlı daşıyıcılara xəbərdarlıq olunacaq.

Qeyd edək ki, ictimai yerlərdə yüksək səslə istər dini, istərsə də digər janrlarda musiqi səsləndirmək qanunla qadağandır.

Xəyalə Məmmədova / REDAKTOR.AZ