Bakının məşhur restoranında ƏLBƏYAXA DAVA - ÖZƏL

 11:42 09.09.2019     648

Dünən paytaxtın məşhur əyləncə məkanlarından olan "Hollywood Cinema"da dava baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə məkanın Yusif Məmmədəliyev 19 küçəsində yerləşən filialında yaşanıb. Şahidlərin açıqlamasına görə, 3 nəfər şəxs "Hollywood Cinema"nın əməkdaşları ilə dalaşıb. Hadisə yerinə polislər cəlb olunub.

Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Redaktor.az-a açıqlama verib. Onun sözlərinə görə, münaqişə müştərilərlə təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verib:

"Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin 9-cü bölməsində araşdırma aparılır. Polis əməkdaşlarının səyi nəticəsində münaqişənin baş verməsinə səbəb olan şəxslərdən biri müəyyən olunub. Digər ikisi axtarışdadır".

Redaktor.az