"Aşura günü" ən çox qan harada verilib? - RƏSMİ AÇIQLAMA

 14:09 10.09.2019     463

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" könüllü qanvermə aksiyaları davam edir. 

Redaktor.az-ın məlumatına görə, saat 12:00-a olan məlumata əsasən 3 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Redaktor.az-a açıqlamasında aksiya zamanı az problemin yaşandığını bildirib:

"İnsanlar könüllü olaraq öz qanlarını verirlər. Saat 12:00-a olan məlumatlara görə, ümumilikdə 3510 nəfər qan verib. Prosesdən sonra halı pisləşənlər də olub. Əməkdaşlarımızın olduğu Təzə Pir Məsciddində 3 nəfərin vəziyyəti gərginləşib. Təcili-Tibbi Yardım xidmətimiz dərhal müdaxilə edərək vətəndaşlara kömək ediblər.

Zöhrə Əlimirzəyevanın məlumatına görə, bu saata kimi ən çox qan verilən məscid Gəncə şəhər İmamzadə Kompleksi olub.

Redaktor.az həmin siyahını sizə təqdim edir:

İlkin Sultanlı / Redaktor.Az