Həyatınızı bu şirkətə etibar edin - "Active Group" PEŞƏKARCASINA XİDMƏTİNİZDƏDİR / Fotolar

 14:25 19.09.2019     1398

İnsan ömrünün böyük bir hissəsi yollarda keçir.

Yolları isə nəqliyyat vasitələri olmadan təsəvvür etmək qeyri-mümkündür. Bizim bu cansız "canlı"lara hər zaman ehtiyacımız olur.Uzaq məsafələri yaxın edən də, isti yayın, soyuq qışın problemlərini unutduran da təbii ki, avtomobil vasitələridir. Bu baxımdan avtomobillərin texniki sazlığı hər zaman aktual olmalıdır. Əks təqdirdə bu rahatlıq vasitəsi ciddi bir narahatlığa gətirib çıxara bilər. O zaman günahı "adi bir dəmir parçası" dediyiniz hissələrin üzərinə atmayın... Avtomobilə qulluq ilk növbədə keyfiyyətli ehtiyat hissələrindən başlamalıdır.

İş bundadır ki, bu gün əsas problemlərdən biri, standartlara cavab verən, keyfiyyətli ehtiyat hissələrinin azlığıdır. Mütəxəssilər hesab edir ki, bazarda müştəriyə təklif olunan ehtyat hissələrinin böyük hissəsi istismara tam yararlı deyil. Amma müştəriyə keyfiyyətli xidməti öz marağından üstün tutan satış şirkətləri var ki, bulardan biri "Active Group" şirkətidir.

Bu şirkət yüksək keyfiyyətli, geniş çeşidli avtomobil ehtiyat hissələrini, sürtkü yağlarını, akkumlyatorları, test və diaqnostika avadanlıqlarını, qatqı məhsullarını müştərilərinə təqdim edir. Şirkət dünyada məşhur brendlərin Azərbaycanda rəsmi distribütorudur. Sifarişləri vaxtında çatdırır, satılan bütün məhsullara zəmanət verir və mütəmadi olaraq aksiyalar keçirir. İşçi və müştərilər üçün təlim, seminarlar təşkil edir. Fəaliyyət göstərdiyi müddətdə əməkdaşlıq etdiyi xarici kampaniyalarla birgə iki böyük konfransın keçirilməsinə nail olub.

İlk konfransını 2017-ci ilin iyul ayında keçirən "Active Group"un növbəti konfransı sentyabr ayının 17-də baş tutub. Ölkənin tanınmış məkanlarının birində keçirilən sərgidə çıxış edən "Active Group"un rəhbəri Elşad Hüseynov aksiyanın mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Daha sonra konfrans iştirakçıları müxtəlif xarici və yerli şirkətlərin məhsulları ilə tanış olublar.

Tədbirdə "Active Group"un əməkdaşlıq etdiyi şirkətlər də iştirak ediblər. Türkiyədən qatılan "Valeo" şirkətinin nümayəndəsi Hakan Bahçeci Redaktor.az-a açıqlamasında iki şirkətin əməkdaşlığından danışıb:

"6 ilə yaxındır ki,  "Active Group"la qarşılıqlı olaraq çalışırıq. Bu şirkət çox önəmli işlər həyata keçirir. Azərbaycanda "Valeo" istifadə edən insanları "Active Grup" vasitəsilə bir araya gətiririk. Özümüzü iş birliyimizə görə şanslı hiss edirik".

Uzun müddətdir "Active Group"un əsəs tərəfdaşlarından olan, artıq 2-ci dəfədir şirkətin tədbirlərinə baş sponsorluq edən "Bosch" şirkətinin nümayəndəsi, Azərbaycanda ən aktiv satışları məhz "Active Group" üzərindən həyata keçirdiklərini bildirib.

"Tomex Brexel" şirkətinin nüamyəndəsi də "Active Group"la əməkdaşlığından danışıb:

"5 ilə yaxındır ki, çalışırıq, çox razıyıq.Təkərlər, əyləclərin işləmələri ilə bağlı olan hissələri təqdim edirik".

"Active Group"la əməkdaşlığından danışan "Schaeffler" şirkətinin nümayəndəsi əməkdaşlığın 2018-ci ildən başladığını qeyd edib:

 "Active  Group"la əməkdaşılığımız ilk dəfə Türkiyə üzərindən olub. Hazırda iki şirkət arasında əlaqələr və iş birliyi mövcuddur və biz bu əməkdaşlıqdan məmnunuq".

Sərgi zamanı şirkətlər məhsullarının reklamı ilə yanaşı, həm də seminarlar təşkil edərək, avtomobil həvəskarlarına ehtiyat hissələri haqqında geniş məlumatlar veriblər. Tədbir çərçivəsində keçirilən lotoreya oyununda Fransaya səyahət bileti, kompüter, telefon, televizor kimi bahalı hədiyyələr yer alıb.

"Delphi Technologies" şirkətinin nümayəndəsi bildirib ki,"Active Group" onların ən tanınmış və uzunmüddətli çalışdıqları müştərilərindən biridir.

"Active Group"un rəhbəri Elşad Hüseynov Redaktor.az saytına şirkət haqqında geniş məlumat verib:

"Konfransı keçirməkdə məqsədimiz, sadəcə avtomobil ehtiyat hissələrinin sərgisini qurmaq, avtomobil hissələrini, mühərrik yağlarını, diaqnostika avadanlıqlarını müştərilərimizə göstərmək deyil, onları daha  çox maarifləndirmək, təlim verməkdir. Həmişə treyninq, təlimlərin tərəfdarı olmuşuq və son 10  ildə hər il bu təlimlər keçirilir. Birinci sərgimizi keçirəndən sonra "Active Group" 2-ci konfransını keçirməyi qarşıya məqsəd  qoydu. İkinci birincidən daha böyük və daha yaxşı olmalıdır. Birinci sərgidə 13 şirkət iştirak edirdisə, indi 24 şirkət iştirak edir, xaricdən 76- ya yaxın qonağımız gəlib. Türkiyədən, Rusiyadan, Koreyadan, Polşa və  bir sıra Avropa ölkələrindən qonaqlarımız var. 50-yə yaxın şirkətin Azərbaycan üzrə nümayəndəsiyik. Onların  bir hissəsi hazırda stend qoyub və 7 şirkət  öz təlimini verir, 24 şirkət istirak edir. Həyətdə diaqnostik test avadanlıqlarının təlimi keçirilir. Budəfəki sərgiyə rəng qatdıq, stendlərin ölçülərini böyütdük. Digər şirkətlər də keçən seminarlardakı videoroliklərimizi gördükdən sonra bildirdilər ki, biz də iştirak etmək istəyirik. Daha sonra iştirak üçün əlavə 5-6 şirkət ortaya çıxdı. Amma vaxtımız və yerimiz məhdud olduğuna görə, sadəcə bu 24 şirkətlə kifayətləndik.

Biz Azərbaycanda "Bosch" şirkətinin, həmçinin gördüyünüz bütün bu şirkətlərin rəsmi nümayəndəsiyik. Məhsulları Azərbaycanda avtomobil ehtiyat hissələri ilə məşqul olan mağazalara, servislərə satırıq. Şirkətimiz rəsmi olaraq, 2005-ci ildən fəaliyyət göstərir, özüm isə bu bizneslə 30 ilə yaxındır ki, məşqul oluram. Fikrimizdə növbəti konfransı keçirmək də var, amma  vaxtı bilinmir. Son vaxtlar dünyada o qədər sərgilər keçirilir ki, insanlar yorulurlar. Konfransımıza əməkdaşlıq etdiyimiz şirkətlərlə yanaşı, Orta Asiyanın 5 dövlətindən, Gürcüstandan, Bolqariyadan və Moskvadan dostlarımızı dəvət etmişik. Onlar da bizdən nəsə öyrənmək istəyirlər. "Bosch"  şirkəti ilə 13 ildir əməkdaşlıq edirik, "Total"la 18 ildir. Birinci brendimiz "Delfi" olub. 2006 cı ildən rəsmi əməkdaşlığa başladıq. 1996-cı ildən isə türkiyə üzərindən işləyirdik".

"Mahle" şirkətinin təmsilçisi Mehmet Şimşek bildirib ki, avtomobil sahibləri "Mahle"nin bütün məhsullarını "Active Group" üzərindən ala bilərlər:

"Bizim səmərəli iş birliyimiz mövcuddur. Motor parçası, termostat və hava soyutma üçün lazım olan bütün hissələr bizdə mövcuddur. "Active Group" üzərindən sifarişlər həyata keçirilir. 10 ildir "Active Group"la çalışırıq. Tərəfdaş olaraq Elşad bəy çox uğurlu şəxsdir. Düşünürəm ki, bu konfrans da çox yaxşıdır. Biz ilk konfransda da olmuşuq. Satışlarımızdan da çox məmnunuq".

"Japko" İtaliya şirkətidir. 140-dan çox məhsulun satınışını "Active Group"un vasitəçi ilə reallaşdırır. Filtr, amartizator, şotka və maşın təmizləyilcəri kimi məhsulların satışını həyat keçirir. Yeddi ildir "Active Group"la çalışır.

"NTK-NGK" şirkəti isə 3 ilə yaxındır ki "Active Group"la əməkdaşlıq edir. İşlərindən və menecerliyin təşkilindən çox razıdırlar.

"Lavr Servicess" "Active Group"la 2 ildir tərəfdaşdır. Avtomobil şüşələri üçün təmizləyici istehsal edən şirkət, Azərbaycanda böyük satışlar həyata keçirməyi planlayır.

Digər şirkət nümayəndələri ilə həmsöhbət olduğumuz zaman məlum oldu ki, onlar da "Active Group"la əməkdaşlıqdan olduqca məmnundurlar. Həmçinin insanlarımızın qonaqpərvərliyindən və ölkəmizdə olduqlarından qürur duyurlar.

Nihadə Eyyubova 

Fotolar: Müzəffər İsmayılov

2222