Günümüzü “QARA” edən AĞ əlcəklər - ALMAYIN!

 14:14 19.09.2019     613

Bü gün xanımların əksəriyyəti təmizlik işlərində qeyri-steril olunmuş əlcəklərdən istifadə edirlər.

Hansı ki, həmin əlcəklər kəskin qoxuya və allergik reaksiyalara malikdir. Bəzi xanımlar bildirirlər ki, adıçəkilən əlcəklərdən uzunmüddət istifadə etdikdən sonra əllərdə allergiya və suluqlar yaranır.

Həkim-dermatoloq Gülnar Məmmədova Redaktor.az saytına açıqlamasında bildirib ki, əlləri mikrob və bakteriyalardan qorunması üçün əlcəklərdən istifadə mütləqdir.

“Bəzi təmizlik işlərlə bağlı kimyəvi faktorlarla kontakt olur. Xanımda nəyəsə qarşı allergiya varsa, həmin işlər zamanı allergiya daha da kəskinləşir. Əvvəl dermatik, sonra suluqlar əmələ gəlir. Vaxtında müalicə olunmadıqda xroniki hala çevrilir”.

Həkim bildirib ki, əlcəklərdən istifadə zamanı diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, rezin əlcəklər çox ziyanlıdır:

“Əsas da içində toz olan əlcəklər. Bu əlcəklər dərini daha çox qurudur və xüsusi iyi verir. Bu səbəbdən də asqırma ola bilər, müştərilərimə məsləhət edirəm ki,vinil əlcəklərdən istifadə etsinlər. Vinil əlcəklər rezin əlcəklər kimi eyni qutuda satılır,qiyməti də baha deyil”.

Həkim qeyd edib ki, tibbdə istifadə olunan əlcəklər steril olunanlardır ki, onlar da əsasən əməliyyatlarda istifadə edilir. Təbii ki, rezin, yəni lateks tərkibli əlcəklər allergik reaksiyalar verir.

Dermatoloq rezin əlcəklərdən istifadə sonrası əllərdə allergiyanın yaranmaması üçün məsləhətlər də verib:

“Bu əlcəklərdən istifadə etməmişdən öncə krem, hər hansı qoruyucu yağların dəriyə çəkilməsi məsləhət deyil. Sadəcə,rezin əlcəkləri geyinməmişdən öncə pambıq əlcəklərin geyinilməsi məsləhət görülür. Üzərindən də rezin əlcək geyinilir. O zaman dəriyə heç bir ziyanı olmur”.

Steril olunmamış əlcəklərin satışdan yığışdırılması üçün hər hansı bir təkliflərin olub-olmamasına gəlincə, həkim qeyd edib ki, belə bir təklif hazırda mövcud deyil:

“Elə bir təklif hələ ki, mövcud deyil. Sadəcə olaraq, allergik reaksiyaları olan xanımlar çalışsın ki, rezin əlcəklərdən istifadə etməsin".

Nihadə Eyyubova / REDAKTOR.AZ