Külək paytaxtda ciddi fəsadlara səbəb olub - RƏSMİ

 13:50 21.09.2019     952

Səhər saatlarından başlayan güclü külək paytaxtda fəsadsız ötüşməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, paytaxt ərazisində 6 ağac sıradan çıxıb:

“Küləklə bağlı hazırda şəhərin müxtəlif ünvanlarında 6 ağacın və ağac budaqlarının sınması müşahidə olunub. Müraciətlər var və həmin müraciətlərə baxılıb, sınmış ağaclar ərazidən götürülüb. Hələ ki, qeyd olunan hadisələr Nəsimi, Yasamal, Nərimanov ərazilərində olub".

“Gücləndirilmiş iş rejimindəyik. Fəsadların aradan qaldırılması üçün tədbirlər görülür” - deyə O. Məmmədov əlavə edib.

Nihadə Eyyubova/ Redaktor.az