Bakı Metropoliteninin xanım maşinisti qatarı saxlaya bilmədi - Gərgin anlar yaşandı

 19:39 24.09.2019     570

Bakı Metrosunda gərgin anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, ötən gün Bakı Metropoliteni QSC-nin maşinsti Günay adlı xanım, idarə etdiyi qatarı metronun “Xalqlar dostluğu” stansiyasında saxlaya bilməyib. Nəticədə qatar növbəti stansiyaya birbaşa keçid alıb. Stansiyada düşməli olan sərnişinlərin istər vaxt, istərsə də sıxlıq problemi yaransa da, ən ciddi narahatlıq təhlükəsizliklə bağlı olub. 

Məsələ ilə bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Ondan hadisənin həqiqətən baş verib-vermədiyini soruşduq. Cavab konkret və lokanik oldu:

“Bəli, hadisə baş verib. Amma şərh vermək istəmirəm”.

Qeyd edək ki, sərnişinlərin saytımıza verdiyi məlumata görə, onlar lazım olduqları vaxtda unvana çata bilməyiblər və o cümlədən gərgin anlar yaşayıblar.

Nihadə Eyyubova / Redaktor.az