Avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər UCUZLAŞACAQ

 12:15 01.10.2019     6800

Hazırda maşın bazarında qiymət artımı müşahidə olunmur"

Bu fikri Redaktor.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı maşın bazarında avtomobillərin hazırkı qiymət durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, qiymətlər yay aylarıyla müqayisədə ucuzlaşıb:

"Yay mövsümündə bazarda təklif 30 faizə qədər azalır. Bu səbəbdən də yayda qiymətlər artır. Mövsüm başa çatdığına görə qiymətlərin yenidən stabilləşməsi müşahidə olunur. Yayda 5 faizlik qiymət artımı var idisə, hazırda qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

R. Osmanlı əlavə edib ki, avtomobilllərin qiyməti daha da azalacaq:

“Hətta yay mövsümündə artan qiymətlərin əvvəlki vəziyyətinə nisbətən ucuzlaşma var. İlin sonuna kimi qiymət azalmaları davam edəcək”.

Nihadə Eyyubova / Redaktor.az