"Bu limonadlar ermənilər vasitəsilə Azərbaycana keçirilir" - Eyyub Hüseynov

 16:30 01.10.2019     747

“Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) uzun illərdir ki, istehlakçılardan Gürcüstan Respublikasında istehsal olunan “Nataktari” limonadları ilə bağlı təzadlı məlumatlar daxil olur.

"Bu limonadlar bazarın 50 faizini tutub. Mənbəyi və tərkibi bizə məlum deyil”.

Redaktor.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Onun iddialarına görə, adıçəkilən limonadlar Gürcüstanda yaşayan ermənilər vasitəsilə Azərbaycana keçirilir:

“Tam gürcü dilində markalanmış “Nataktari” liomandları barədə 25 gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etmişəm. Lakin bir mənasız cavab veriblər. Guya ki, bu cür limonadlar heç yerdə müəyyən olunmayıb. Hansı ki, bu limonadlar bazarın 50 faizində var. Onların ölkəyə gətirilməsi AQTA-nın zəif işi nəticəsində baş tutur”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirib ki, ölkəyə gətirilən bütün qida məhsulları, həmçinin içkilərin idxaldan öncə bütün partiyalarından nümunələr götürülür:

"Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarında yoxlanılır, ekspertizadan keçirilir, göstəriciləri uyğun olan məhsulların idxalına və satışına icazə verilir”.

Nihadə Eyyubova / Redaktor.az