"Saxta sənədlə şadlıq evi öz işini görür" - Eyyub Hüseynov

 11:45 03.10.2019     697

Azad İstehlakçılar Birliyinə Neftçala rayonundan şikayət daxil olub.

Redaktor.az-ın məlumatına görə, şikayətdə bildirilir ki, rayonun şadlıq sarayları toy etmək istəyən şəxsin toyda istifadə üçün nəzərdə tutulan ət məhsullarını qəbul etmirlər.

Qeyd olunur ki, restoran sahibləri toy etmək istəyən şəxsdən həmin ət məhsulları üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) –nın icazə sənədini istəyir. İstehlakçı aldığı əti AQTA-nın rayon şöbəsinə aparır. İddia edilir ki, orada ət heç bir ekspertizadan keçirilmir. Sadəcə müəyyən məbləğ köçürülür, toy sahibi sənədi alıb, şadlıq evinə təhvil verir. Kənd təsərüffatı məhsullarına, toydakı bütün məhsullara AQTA nəzarət etməlidir. Ancaq bunlar bir kənarda qalır, yalnız ətə saxta sənəd verilir. Bu saxta sənədlə də şadlıq evi işini görür”.

O, həmçinin əlavə edib ki, birliyə daxil olan bu kimi şikayətlərin sayı çoxdur.

Məsələ ilə bağlı  AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Redaktor.az-a bildirib ki, konkret fakt olandan sonra məsələ araşdırıla bilər:

“Bizə həmin restoranın adı, sahibi, şikayət edənin adı, soyadı lazımdır. Əlimizdə konkret fakt olsun ki, araşdırma apara bilək”.

Məsələ diqqətimizdədir...