Akif İslamzadə: "Cahillərlə məhkəməyə gedim?!”

 17:23 03.10.2019     983

“Məni başa düşməyiblər. Mən nədən danışmışam, onlar nədən... Elə bildim ki, qarşımdakı adam hazırlıqlıdır”.

Bu fikri Redaktor.az-a açıqlamasında müğənni Akif İslamzadə mətbuata verdiyi müsahibəsinin düzgün formada yayılmamasından danışarkən deyib. Müğənni qeyd edib ki, həmin fikir ona məxsus deyil:

 “O söz mənim deyil, Peyğəmbərin sözüdür. Fikrlərim yalnış verilib. Qadınlara hörmətim böyükdür”.

"Fikrinizin təhrif olunmasına görə, məhkəməyə müraciət edərsinizmi?" sualına gəlicə, müğənni “Yox” cavabını verib:

“O cahil adamdır, cahillərlə məhkəməyə gedim, bir o qalmışdı. Mənim məhkəməylə işim yoxdur. O, cavan adamdır, çox şeyləri bilmir".

Nihadə Eyyubova/ Redaktor.az