Küləyin sürəti GÜCLƏNƏCƏK - DİQQƏT!

 14:23 09.10.2019     4199

“Bu gün bölgələrdə və paytaxtda şimal-qərb küləyinin sürəti güclənəcək”.

Bunu Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır:

"Müşahidə etdiyimiz güclü şimal-qərb küləyi səhər saatlarından başlayaraq tədricən mülayimləşəcək. Günorta saatlarında mülayim cənub-şərq küləyi əsəcək. Hazırda havanın temperaturu iqlim normasından bir dərəcə yüksəkdir”.

Nihadə Eyyubova / Redaktor.az